Karin Kusama
Rejissor, ssenarist
Kerin Kusama – müstəqil amerikalı rejissordur. 2000-ci ilin “Qadın döyüşləri” filminin rejissoru, ssenaristi və prodüseri kimi tanınır. Bundan başqa 2005-ci ildə “Eon Flaks” və 2009-cu ildə “Cenniferin bədəni” filmlərini lentə alıb. 2015-ci ildə “Dəvət” adlı qorxu filmini çəkib. Son illər ABŞ televiziyasında rejissor kimi fəaliyyət göstərir. Kusama 21 mart 1968-ci ildə anadan olub. Missuri ştatının Sen-Lüis şəhərində boya-başa çatıb. Atası uşaq psixiatrı Xaruo Kusama, anası məktəb psixiatrı Süzan Kusama (qızlıq soyadı Makquayr) olub. Atası yapon, anası amerikalıdır. Kusama “Ladue Horton Watkins High School“ orta məktəbini bitirib. 1990-cu ildə Kusama Nyu-Yorkun Tiş İncəsənət Məktəbində kino və televiziya media-texnologiyaları ixtisası üzrə bakalavr dərəcəsi əldə edib. Universiteti bitirdikdən sonra, “Yatmış gözəllər” adlı filmə yazdığı ssenariyə görə mükafat alıb. Kusama bir sıra sənədli filmlərin redaktoru olub, müstəqil filmlər və videokliplər çəkib. Gəncliyində dayəlik və rəngsazlıqla da məşğul olub. Elə dayə işlədiyi vaxt kinorejissor Con Syelzlə tanış olub. Üç il ərzində onun köməkçisi işləyib, onunla birlikdə “Şerifin ulduzu” (1996), “Silahlılar” və “Limbo” filmləri üzərində işləyib. Con Seylzlə əməkdaşlığı ərzində müxtəlif filmlərə ssenari yazıb. 1992-ci ildə Bruklində boksla məşğul olmağa başlayıb. 2006-cı ildə ssenarist və prodüser Fil Heyə ərə gedib. Həyat yoldaşı ilə bir sıra filmlərin, o cümlədən Nikol Kidmanın baş rola çəkildiyi “Yox edici” (Destroyer, 2019) dramının yaradılmasında iştirak edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%83%D1%81%D0%B0%D0%BC%D0%B0,_%D0%9A%D1%8D%D1%80%D0%B8%D0%BD