Hovard Morris
Aktyor
Hovard Morris (Howard Morris) - amerikalı aktyordur. Hovard Morris 1919-cu ildə Nyu-Yorkun Bronks rayonunda yəhudi ailəsində dünyaya göz açıb. Morrisin həyatı demək olar çəkiliş meydanlarında və səhnədə keçib. Karyerası ərzində 100-dən çox rolu olub. Atası, rezin istehsal edən şirkəti rəhbəri olub və böyük depressiya dövründə müflisləşməyə dözə bilməyərək, ürək tutmasından dünyasını dəyişib. Anası kinoteatrlarda pianoçu işləyib və tez-tez Hovardı özü ilə işə aparıb. Həmin vaxtdan bəri Hovard zəmanənin görkəmli komiklərini təqlid edir, boya-başa çatıb böyük aktyor olmağı arzulayırdı. Ancaq ikinci dünya müharibəsi onun bu planlarına əngəl olur. Hovard müharibə bitənə qədər orduda xidmət etməli olub, yalnız əsgərliyi başa vurduqdan sonra karyerası haqda düşünə bilib. Hovard Morris ilk peşəkar addımlarını Brodvey səhnəsində 1949-cu ildə atıb. Orada “Centlmenlər sarışınları seçir” musiqili tamaşasında ikincidərəcəli rollardan birini ifa edib. Teleekranlarda debütünü “Kraftın televiziya teatrı” adlı serialında gerçəkləşdirib. Əllinci illərin əvvəllərində “Siz Sezarın şousu” adlı teleşouda iştirakı ilə bir çox prodüserlərin diqqətini cəlb edib. 1950-1954-cü illərdə “'Your Show of Shows'da populyar artistə çevrilib. Vinni Pux franşizasından olan cizgi filmlərində sünbülqıran (siçanaoxşar gəmirici) personajını səsləndirib. Aktyor 2005-ci ildə 85 yaşında ürək tutmasından dünyasını dəyişib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%BE%D0%BB%D0%BB%D0%BE%D1%83%D1%8D%D0%B9,_%D0%A1%D1%82%D0%B5%D1%80%D0%BB%D0%B8%D0%BD%D0%B3