Con Fidler

Con Fidler

Aktyor

BİOQRAFİYA

Con Fidler – amerikalı teatr, kino, televiziya və səsləndirmə aktyorudur. 1968-ci ildən ölümünə qədər (2005) Vinni Pux silsiləsindən olan cizgi filmlərində donuz balasını səsləndirib. Con Fidler 3 fevral 1925-ci ildə Pattevil şəhərində (Viskonsin ştatı) anadan olub. Anası irlandiyalı, atası alman olub. Beş yaşında olanda valideynləri ilə Şorvud kəndinə köçüb. Orada 1943-cü ildə Shorewood High School orta məktəbini bitirib. Məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. İkinci Dünya müharibəsi başa çatana qədər hərbi dəniz donanmasında xidmət edib. Əsgərlikdən sonra Marşal universitetini bitirib. 1940-cı illərin sonu, 1950-ci illərin əvvəllərində Nyu-York teatrının səhnəsində çıxışları olub. Bundan başqa müxtəlif radiotamaşalarda səsləndirmə rolları alıb. Teleekranlarda ilk dəfə “Tom Korbettin kosmik kadeti” serialının iki epizodunda görüntülənib. Ekranlarda isə “12 hiddətlənmiş kişi” filmində 2 saylı andlı münsif rolunda debüt edib. Con Fidler heç vaxt evli olmayıb, uşaqları yoxdur. 2004-cü ilin noyabr ayında Enqlvud (Nyu-Cersi ştatı) hospisə yerləşdirilib, növbəti il iyunun 25-də vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B8%D0%B4%D0%BB%D0%B5%D1%80,_%D0%94%D0%B6%D0%BE%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç