Vera Britten 29 dekabr 1893-cü ildə Böyük Britaniyada doğulub. İngilis yazıçısıdır. O, xristian pasifist və feminist olub. Zəngin bir ailədə böyüyüb. Oksford universitetində ingilis ədəbiyyatı təhsili alıb. 1915-ci ildə təhsilini yarımçıq buraxıb, könüllü olaraq Fransa və Böyük Britaniya hospitallarında tibb bacısı kimi işləyib. Onun qardaşı musiqiçi Edvard Britten, nişanlısı Roland Leyton və iki yaxın dostu İtaliyada, Fransada birinci dünya müharibəsində həlak olublar. 1923-cü ildə Britten “Darkest Hour” romanı ilə debüt edib. 1925-ci ildə politoloq və filosof Corc Ketlinə ərə gedib. Onların oğlu rəssam olub və valideynlərinin ailəsi haqqında kitab yazıb. Qızı Şirli Uilyams alimdir. Ona ən çox məşhurluğu müharibə illərindən bəhs edən avtobioqrafik “Заветы юности” əsəri olub. 1930-cu illərdə “Peace News” pasifik jurnalında mütəmadi olaraq çap edilirdi. 1945-ci ildə almanların Böyük Britaniyanı işğal edəcəyi təqdirdə nasistlərin öldürüləcəkləri siyahıda onun adı da var idi.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Vera_Brittain