Sebastyan Kebot

Sebastyan Kebot

Aktyor

BİOQRAFİYA

Çarlz Sebastyan Tomas Kebot (ing. Charles Sebastian Thomas Cabot) – britaniyalı kino və televiziya aktyorudur. 6 iyul 1918-ci ildə Londonda anadan olub. Daha çox CBS-TV telekanalının “Ailə məsələləri” (Family Affair, 1966-1971) serialında Bill əmi obrazı ilə məşhurlaşıb. Həmçinin 1955-ci ildə ekranlara çıxmış “Qismət” (Kismet) filmində Vəzir rolunu oynaması ilə yadda qalıb. Bundan başqa CBS-TV-nin “Şah mat” (1960-1962) serialında Doktor Karl Hayat obrazını canlandırıb. Kebot həm də bir sıra Disney cizgi filmlərində müxtəlif personajları səsləndirib. 1967-ci ildə “Cəngəlliklər kitabı” cizgi filmində Baqira onun səsi ilə danışıb. Onun ən uzun səsləndirmə rolu Vinni Puh silsiləsindən olan cizgi filmlərində müəllifin sözləri olub. Son günlərini Kanadanın Viktoriya şəhərinin kənarında yerləşən Dip Kov qəsəbəsində keçirib. Kebot 22 avqust 1977-ci ildə üç il ərzində keçirdiyi ikinci insultdan sonra dünyasını dəyişib. Onun meyiti kreamsiya olunaraq, külü Vestvud fəxri xiyabanında dəfn olunub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Sebastian_Cabot_(actor)

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç