Rina Morelli

Rina Morelli

Aktrisa

BİOQRAFİYA

Rina Morelli 6 dekabr 1908-ci ildə İtaliyanın Neapol şəhərində aktyor ailəsində dünyaya göz açıb. Peşəkar səhnədə 1924-cü ildə debüt edib. 1938-1939-cu illərdə “Elizeo teatrı” teatr truppasının aktrisası olub. 1939-cu ildə Alessandro Blazettinin “Salvator Rozanın macəraları” tarixi dramında debüt edib. 1945-ci ildən etibarən Rina Morelli kinorejissor Lukino Viskonti ilə uzunmüddətli əməkdaşlığa başlayıb. Elə həmin vaxt aktyor və rejissor Paolo Stoppa ilə evlənib. Kinoçəkilişlərinə rəğmən teatrın “ipini boş buraxmayıb”, mütəmadi olaraq müxtəlif tamaşalarda səhnəyə çıxıb. Daha çox, Anuy, Şekspir, Qoldoni, Çexov, Kokto, Sartra, Uilyamsın pyeslərində oynadığı rolları ilə yadda qalıb. Rina Morelli  həmçinin Lukino Viskontinin: “Duyğu” (1954) filmində mürəbiyyə Laura, “Leoprad” (1963) filmində şahzadə Mariya Stella Salin rollarını oynayıb. Viskontinin quruluş verdiyi 3 tamaşada da səhnəyə çıxıb. Bundan başq Rene Klemanın “Yaşamaq nə gözəldir” filminə çəkilib. Aktiv olaraq radiotamaşalarda iştirak edib, müxtəlif teleseriallara (məs. “Buddenbroklar”, “Materazzi bacıları”) çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%BE%D1%80%D0%B5%D0%BB%D0%BB%D0%B8,_%D0%A0%D0%B8%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç