Alida Valli
Aktrisa, rejissor
Alida Valli 31 may 1921-ci ildə anadan olub. 15 yaşında olanda Romaya köçüb, orada Eksperimental kinomərkəzə daxil olub. Adı çəkilən müəssisə kinoaktyor və kinorejissorların “yetirişdirilməsi” il məşğul olub. Aktrisanın kinodebütü 1934-cü ilə təsadüf edir. Belə ki “Üçbucaq” adlı italiya filminə çəkilib. Ona ilk uğur gətirmiş film isə 1939-cu ildə ekranlara çıxmış “Aya üç min funt” filmi olub. Bir sıra komediya filmlərinə çəkildikdən sonra “Balaca qoca dünya” (1941) filmində özünü dram aktrisası kimi də yaxşı tərəfdən göstərib. Valli ikinci dünya müharibəsi dövründə də kinoya çəkilməyə davam edib, “Addio Kira” (1942), “Biz sağ olanlar” (1942) filmlərində baş rolları oynayıb. 1944-cü ildə Valli rəssam və bəstəkar Oskar de Meyoya ərə gedib. Ondan iki övladı (Karlo və Larri) olub. Cütlük 1952-ci ildə yollarını ayırıb. 1940-cı illərin sonlarında aktrisa Hollivud prodüseri Devid Selznikin diqqətini cəlb edib, sonuncu aktrisanı ikinci İnqrid Bermana çevirməyə qərar verib. Hollivudda Alida Valli bir neçə filmdə ikinci plan rollar alıb (“Paradaynın işi”, “Üçüncü adam” və s.). Ancaq Selznikin şirkətinin maddi sıxıntılar yaşaması ilə əlaqədar Valli Amerikada o qədər də böyük uğur qazanmayıb. 1950-ci ilin əvvəllərində Avropaya qayıdıb. Sonradan bir çox İtaliya istehsalı olan filmlərə, həmçinin fransız filmlərinə çəkilib. Aktrisa 2006-cı ildə 84 yaşında Romada vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Alida_Valli