Farli Qreyncer

Farli Qreyncer

Aktyor

BİOQRAFİYA

Farli  Erl Qreyncer – kiçik 1 iyul 1925-ci ildə San-Hoser şəhərində anadan olub. Atası biznesmen olub, “Willys-Overland” avtomobil şirkətinin diler mərkəzinə malik olub. İmkanlı ailədə böyüyüb. Uşaqlıqda ehtiyac çəkməyi, hər şeyi olub. Erkəni illərini Kepitol kurort şəhəri yaxınlığındakı bağ evində keçirib. Ancaq 1929-cu ildə birjanın çökməsi ailənin maddi rifahına ağır zərbə urub və Qrenyecrlər bahalı evlərini və qiymətli əşyaları və mebeli satıb, xudmani bir mənzilə köçməli olublar. Maddi sıxıntılar hər iki valideyninin içki düşkününə çevrilməsinə yol açıb. Sonda böyük Qreyncer hərracda son əmlakını da astara, ailəsi ilə birlikdə Los-Ancelesə köçüb. Tezliklə Farli Qreynceri Hollivudda klerk (kargüzar) vəzifəsində işə düzəlib, nəticədə ailə az şəraiti olan mənzildən Studio-siti rayonuna köçüb. Qonşuları isə aktyor Donald O-Konnor olub. İş yerində Qreyncer komik Harri Lenqdonla tanış olub, sonuncu ona oğlunu dinləmələrdə iştirak etməsi üçün teatra göndərməyi tövsiyə edib. İkinci dünya müharibəsi haqqında pyesin kastinqində Farli Qreyncer quruluşçu rejissorun diqqətini cəlb edib və tezliklə ilk rolunu alıb. Tamaşanın premyerasında nüfuzlu Hollivud prodüseri Semüel Qolduin də iştirak edib. O valideynlərlə əlaqə yaradaraq Farlini onun ofisinə gətirməyi və “Şimal ulduzu” filmində rusiyalı uşaq Demyan Simonov rolunda çıxış etmək potensialını müzakirə etməyə təklif edib. Dinləmələrdə ssenarist Lilian Hellman və rejissor Lüis Maylstoun da iştirak edib. Hellman bu rolda aktyor Montqomori Klifti görməyi arzulasa da, onu Brodveydən “tovlayıb” gətirmək mümkün olmur və nəticədə rol Farliyə nəsib olur. O Qolduinlə (həftəyə 100 dollar maaşla)  yeddi illik müqavilə bağlayır. Aktyorun Hollivudda zəfər yolu beləcə başlayır. Daha çox Hiçkokun “Kəndir” (1948) və “Qatardakı yadlar” (1951) filmlərində oynadığı rolları ilə tanınır. Amerika televiziyasının inkişafın verdiyi töhfələrə görə Hollivudun Şöhrət xiyabanında adına lövhə qoyulub. Aktyor 27 mart 2011-ci ildə Nyu-Yorkda 85 yaşında vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D1%80%D0%B5%D0%B9%D0%BD%D0%B4%D0%B6%D0%B5%D1%80,_%D0%A4%D0%B0%D1%80%D0%BB%D0%B8

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç