Robert Krasker

Robert Krasker

Operator

BİOQRAFİYA

Robert Krasker – avstraliyalı kinooperatordur. 1951-ci ildə “Oskar” mükafatı laureatı olub (“Üçüncü adam” filmində ən yaxşı operator işinə görə). 13 avqust 1913-cü ildə Avstraliyanın Pert şəhərində anadan olub. Drezden fotoqrafiya məktəbində, daha sonra Paris İncəsənət məktəbində oxuyub. 1934-cü ildə operator köməkçisi vəzifəsində çalışır. “Zərif cins” filminin çəkilişlərində əsas kinooperator qismində debüt edib. 1951-ci ildə “Üçüncü adam” adlı “ağ-qara” filmdə ən yaxşı operator işi nominasiyasında Oskar mükafatçısı olub. İki dəfə BAFTA laureatı olub (1954-cü ildə “Romeo və Cülyetta”, 1961-ci ildə “El Sid” filminə görə). 1964-cü ildə “Qaçan adam” filminə görə ən yaxşı operator işi nominasiyasında növbəti dəfə BAFTA mükafatına namizəd olub. Britaniya kinooperatorlar cəmiyyətinin təsisçilərindən olub. 1965-ci ildə sağlamlığı ilə əlaqədar təqaüdə çıxıb. Son filmi 1966-cı ildə ekranlara çıxmış “Kapkan” adlı tammetrajlı bədii film olub. 16 avqust 1981-ci ildə Londonda vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın: https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%80%D0%B0%D1%81%D0%BA%D0%B5%D1%80,_%D0%A0%D0%BE%D0%B1%D0%B5%D1%80%D1%82
FİLMOQRAFİYA
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç