Cinnifer Qudvin

Cinnifer Qudvin

Aktrisa

BİOQRAFİYA

Cinnifer Qudvin - yəhudi əsilli amerikalı kino və televiziya aktrisasıdır. Cinnifer 22 may 1978-ci ildə ABŞ-ın Tennessi ştatının Memfis şəhərində anadan olub. Atası musiqiçi anası FedEx çatdırılma şirkətinin əməkdaşı olub. Kiçik bacısı Melissa kukla animatorudur, “Robosip” serialının çəkiliş qrupuna daxil olub. Adının Cinniferə (əvvəl Cennifer olub) dəyişməsinə səbəb, yaxınlarının yerli dialektdə onu belə tələffüz etməsidir. Gəncliyində Qudvin yəhudilərə aid “Şimali Amerika Sinaqoq Gənclər Federasiyası” və “Bnay Brit gənclər təşkilatı” kimi hərəkatlarda iştirak edib. “Bat-mitsva” mərasimi beşinci sinifdə oxuyanda baş tutub. Yeniyetməlik illərindən aktrisa olmağı arzulayıb. Məktəbi bitirdikdən sonra Boston Universitetinə daxil olub. 2001-ci ildə oranı fərqlənmə ilə bitirərək, incəsənət üzrə bakalavr dərəcəsi əldə edib. Sonradan təhsilini İngiltərədə, Şekspir Universitetində artırıb, həmçinin Londonun Kral Dram İncəsənət Akademiyasının aktyorluq kurslarını bitirərək, müvafiq sertifikat əldə edib. Tələbə olduğu illərdə bir sıra teatr tamaşalarında səhnəyə çıxıb, Janna Dark, Ofeliya, Cessika kimi klassik obrazları canlandırıb. Kinoda daha çox “Böyük sevgi” (Big Love, serial, 2006-2011), “Sərhədi keçən” (Walk the line, 2005), “Tənha kişi” (A Single Man, 2009) filmlərində oynadığı rolları ilə tanınır. Şəxsi həyatına gəlincə, 12 aprel 2014-cü ildə “Bir dəfə nağılda” serialındakı tərəf-müqabili Coş Dallasla ailə qurub. Cütlüyün iki oğlu var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D1%83%D0%B4%D0%B2%D0%B8%D0%BD,_%D0%94%D0%B6%D0%B8%D0%BD%D0%BD%D0%B8%D1%84%D0%B5%D1%80

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç