Murat Han

Murat Han

Aktyor

BİOQRAFİYA
Murat Han - türkiyəli və amerikalı aktyordur. "Xoşbəxtlik" (Mutluluk) filmində oynadığı rola görə 2007-ci ildə "Qızıl Portağal" mükafatı laureatı olub. 1 may 1975-ci ildə Türkiyənin Ərzincan şəhərində anadan olub. Atası Feyzulla Han, anası Tamam Handır. Novruz Han və Hülya Han adlı 2 bacısı var. Bilkent Universitetinin musiqi və dram incəsənət fakültəsində  təhsil alıb. Ali təhsili başa vurduqdan sonra Amerikaya köçüb və orada Stella Adler adına teatr məktəbində oxuyub. 2007-ci ildə Türkiyəyə geri döndükdən sonra rejissor Abdulla Oğuzun dəvəti ilə "Xoşbəxtlik" filminə baş rola çəkilib, onun tərəf-müqabili məşhur aktrisa Özgü Namaldır. Həmin filmə görə 44-cü Ankara kinofestivalında "ən yaxşı kişi rolu" nominasiyasında mükafat qazanıb. 2013-cü ildə 50-ci Beynəlxalq kinofestivalda aparıcı olub. 2016-cı ilin may ayında SEEFest kinofestivalına münsiflər heyəti üzvü qismində dəvət alıb. Festival Los-Ancelesdə keçirilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın: 
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B0%D0%BD,_%D0%9C%D1%83%D1%80%D0%B0%D1%82
FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç