Amadu Mamadakov
Aktyor
Amadu Vasilyeviç Mamadakov – rusiyalı teatr və kino aktyoru, teatr rejissorudur. Altay Respublikası və Tıva Respublikasının əməkdar artistidir. “Əsgərlər” (Солдаты) serialında sıravi Vakutaqin rolu ilə məşhurlaşıb. 26 oktyabr 1976-cı ildə Dağlıq Altay muxtar vilayətinin Yelo Onqudaysk rayonunda anadan olub. 1997-ci ildə M.S. Şepkin adına Ali Teatr Məktəbini bitirib. Bir mövsüm Dağlıq-Altay Dram Teatrında səhnəyə çıxıb. Moskvaya geri döndükdən sonra Rusiya Teatr İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub (Andrey Qonçarovun kursu). 2002-ci ildən bəri “Et cetera” teatrında xidmət edir. Rejissor olaraq başqa teatrlarda da: Dağ-Altay, “Art Haus” və sair çıxış edib. Həmçinin məzunu olduğu M.S.Şepkin adına Ali Teatr Məktəbində dərs deyir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%BC%D0%B0%D0%B4%D0%B0%D0%BA%D0%BE%D0%B2,_%D0%90%D0%BC%D0%B0%D0%B4%D1%83_%D0%92%D0%B0%D1%81%D0%B8%D0%BB%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87