Xulan Çuluun

Xulan Çuluun

Aktrisa

BİOQRAFİYA

Xulan Çuluun – qeyri-peşəkar monqol aktrisa və rejissor köməkçisidir. 2007-ci ildə ən yaxşı xarici dilli kino nominasiyasında “Oskar” mükafatına namizəd olmuş, rusiyalı rejissor Sergey Bodrovun “Monqol” filmində Çingizxanın həyat yoldaşı rolu ilə məşhurlaşıb. 2006-cı ildə məktəbi bitirən Çuluun hərbi ali məktəbə sənədlərini verməyə hazırlaşıb. Ancaq Monqol filminin kastinq agenti Quka Omarova Ulanbatorun Çin səfirliyi qarşısında viza növbəsində gözləyən qızın (Xulanın) bu rola ən uyğun simaya malik olduğunu görüb və onu kastinqlərə dəvət edib. Sergey Bodrov tərəddüd etsə də, uzun müzakirələrdən sonra riskə gedərək rolu qeyri-peşəkar aktrisaya həvalə edib. Xulan 2009-cu ildə Qazaxıstanın “Lave” kriminal dramında, daha sonra isə “Qələbə qılıncı” filmində rejissor köməkçisi olub. Şəxsi həyatına gəlincə “Monqol” filminin çəkilişləri zamanı Sergey Bodrovun qazaxıstanlı köməkçisi Narin İgiliklə tanış olub. Çəkilişlərdən sonra Qaxaxıstanda keçirilən qala təqdimatında evləniblər. Hazırda Almatıda yaşayırlar.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Chuluuny_Khulan

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç