Tuomas Kantelinen
Bəstəkar
Tuomas Kantelinen - finlandiyalı bəstəkardır, kino, opera, konsert, televiziya, reklam bəstəkarı olub. 22 sentyabr 1969-cu ildə Finlandiyanın Kankaanyapa şəhərində anadan olub. Tuomas Kantelinen Sibelius adına Helsinki Akademiyasında klassik bəstəkarlıq üzrə oxuyub, Eero Haymaennieminin tələbəsi olub. Avropada opera və konsert musiqisi ilə şöhrət qazanıb. Kantelinenin yaradıcılığında neoromantizm əsas yer tutur. 1995-ci ildə ekspressioniz və Alban Berqin yaradıcılığı ilə orta cəhətlər müşahidə olunub. 2000-ci ildə Kantelinenın musiqisi əsasında fin atlet Paavo Nurmiyə həsr olunmuş “Paavo Suuri. Suuri Juoksu. Suuri Uni” adlı opera tamaşası nümayiş olunub. “Avropanın mədəni paytaxtı” proqramı çərçivəsində Helinsinkidə Olimpiya stadionunda təqdim olunub və Arte telekanalı ilə bütün dünyaya nümayiş olunub. Kinoda daha çox “Ən yaxşı anam”, “Şüur ovçuları”, “Monqol”, “Yakudzanın qızı” filmlərinə yazdığı bəstələri ilə tanınır. Tumoas Kantilinen bir sıra televiziya şoularının, o cümlədən “Avroviziya 2007”nin bəstəkarı olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B0%D0%BD%D1%82%D0%B5%D0%BB%D0%B8%D0%BD%D0%B5%D0%BD,_%D0%A2%D1%83%D0%BE%D0%BC%D0%B0%D1%81#cite_note-nazivampire-5