Arif Əliyev

Arif Əliyev

Ssenarist

BİOQRAFİYA

Arif Tağıyeviç Əliyev (az. Arif Əliyev) rusiyalı ssenaristdir. Əslən azərbaycanlıdır. 28 iyul 1960-cı ildə Moskvada anadan olub. 1981-ci ildə Leninqrad kinorejissorluq institutunun elektrotexnika fakültəsini bitirib. Qorki adına kinostudiyada səs rejissoru işləyib. 1990-cı ildə Kino İncəsənət İnstitutunun ssenaristlik fakültəsini bitirib. 1993-1995-ci illərdə “Ekspress-qazeta” qəzetində jurnalist işləyib. 1995-1997-ci illərdə “Voyaj və istirahət” jurnalının köşə yazarı olub. Ssenari müəllifi və səs rejissoru olaraq “Qırmızı teatra bilet və ya qəbirqazanın ölümü” (1992) “Qafqaz əsiri”, “Mama”, “Monqol” filmlərinə yazdığı ssenarilərə görə tanınır. “Nika” və “Feliks” mükafatçısıdır. 1997-ci ildə “Novaya zemlya”, “1612” və “Mama” adlı kitabları işıq üzü görüb. 2008-ci ildə “Monqol” filminin ssenari müəlliflərindn olub. Sergey Bodrovun adıçəkilən filmi “Oskar” mükafatına namizəd olub.



Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%BB%D0%B8%D0%B5%D0%B2,_%D0%90%D1%80%D0%B8%D1%84_%D0%A2%D0%B0%D0%B3%D0%B8%D0%B5%D0%B2%D0%B8%D1%87

 

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç