Peyman Yezdaniən

Peyman Yezdaniən

Bəstəkar

BİOQRAFİYA

Peyman Yezdaniən (fars. پیمان یزدانیان‎; ) – iranlı bəstəkar və pianoçudur. 40-dan çox film və serialın bəstəkarıdır. 1969-cu ildə Tehran şəhərində anadan olub. 6 yaşından fortepianoda ifa edir. İlk müəllimi Fərman Behbud olub. Yeniyetməlik illərində avstraliyalı müəllimlər Qerhard Qeretşleger və Ernest Hozeldən dərs alıb. Rudaki Holl-da çoxsaylı solo konsertləri olub, həmçinin fortepianoda orkestri müşayiət edib. Şərif adına Texnoloji Universiteti bitirib. İlk kompozisiyalarını 10 yaşında bəstələyib, aktiv yaradıcılıq dövrü 90-cı illərin sonlarında başlayıb. Karyerası ərzində Abbas Kiarostami, Ramin Bəhrani, Fereydun Ceyrani, Məziər Bahari, Fərzad Motamen, Kamal Təbrizi, Xosro Məsumi, Lou E., Əli Mosəffə, Niki Kərimi, Əsgər Fərhadi, Məziyər Miri, Cəfər Pənaho, Enq Li və digər məşhur rejissorlarla əməkdaşlıq edib. 2007-ci ildə İtaliyanın Xenie Ensemble ansamblı və iranlı perkussionist Mohsen Kassirossəfərlə silsilə konsertlər verib.

Ətraflə məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Peyman_Yazdanian

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç