Fərhad Safinia
Rejissor, prodüser, ssenarist
Fərhad Safinia – əslən iranlı, amerikalı rejissor, ssenarist və prodüserdir. 3 may 1975-ci ildə Tehranda (İran) anadan olub. Dörd yaşında olanda ailəsi ilə Parisə, oradan isə Londona köçüb. Kembricdə Kral kollecində iqtisadiyyat üzrə təhsil alıb. Tələbə olduğu illərdə teatrla maraqlanmağa başlayıb, tezliklə tələbə tamaşalarına quruluş verib. Məzun olduqdan sonra Nyu-Yorka köçüb və Tiş İncəsənət Məktəbində kino istehsalı (prodüserlik) ixtisası üzrə ali təhsil alıb. İlk ssenarisini 2006-cı ilə ekranlara çıxan “Apokalipsis” filminə yazıb (Mel Gibsonla birlikdə). 2019-cu ildə ekranlara “Təfəkkürlər oyunları” adlı triller çıxıb. Məşhur əsərin ekran adaptasiyası onun rejissor debütü sayılır. Filmdə baş rola dostu və həmkarı Mel Gibsonu çəkib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Farhad_Safinia