Devid Saydler

Devid Saydler

Ssenarist

BİOQRAFİYA

Devid Saydler – britaniyalı-amerikalı ssenarist, “Oskar” mükafatı laureatıdır. Həmçinin “Kral danışır” bioqrafik dramına yazdığı ssenariyə görə BAFTA mükafatçısı olub. Devid Saydler 1937-ci ildə Londonda anadan olub, uşaqlığı doğma şəhərində keçib. Valideynləri yəhudi əsillidir. Atası broker olub, həmçinin Nyu-Yorkda fərdi təsərrüfatla məşğul olub. London Faşist Almaniyası aviasiyasının bombardmanına məruz qalan zaman, ailəsi Sürrey qraflığının Linqfild şəhərinə köçüb. Daha sonra onlar Amerikaya yola düşüblər. Onların gəmisi üç gəmidən ibarət konvoyun tərkibində üzüb. Onlardan biri (italiyalı hərbi əsirlərin daşındığı gəmi) alman sualtı qayığı tərəfindən vurulub. Məhz bu təhlükəli səyahət Devidin kəkələməsinə səbəb olub. Üç yaşına qədər bundan əziyyət çəkib. Onun Avropada olan qohumları Holokost hadisələri zamanı edam edilib.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B0%D0%B9%D0%B4%D0%BB%D0%B5%D1%80,_%D0%94%D1%8D%D0%B2%D0%B8%D0%B4   

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç