Aleksandr Surkan

Aleksandr Surkan

Aktyor

BİOQRAFİYA

Aleksandr İvanoviç Surkan 2 yanvar 1960-cı ildə Orexovo-Zuyevo şəhərində anadan olub. Atası rumıniyalıdır, boks ustası olub. Anası biokimya fakültəsində (Orexovo-Zuyevsk pedaqoji institutunda) dərs deyib. 1964-cü ilə kimi ailə kazarmada – fəhlələr üçün tikilmiş evdə yaşayıb. Aktyor 10 il idman gimnastikası ilə məşğul olub. 1977-ci ildə 4 saylı məktəbi bitirərək, Moskva Avtoyol İnstitutuna, aerodromların tikintisi və istismarı fakültəsinə daxil olub. 1982-ci ildə institutu bitirərək, öz təşəbbüsü ilə Sibirə köçüb. Bir müddət aeroport xidmətində mühəndis vəzifəsində çalışıb. 1984-cü ildə Vanavarski birləşmiş aviaeskadrilinin komandir müavini vəzifəsinə yüksəlib. Çox keçmədən aktyor kimi fəaliyyətə başlayıb. “Master və Marqarita”, “Marat və markiz de Sad”, “Vladimir Visotski”, “Şaraşka”, “Babelin beş hekayəsi”, “Ölülər və dirilər”, “Jivaqo”, “Yeniyetmə”, “Tartüf”, “Canlı”, “Yevgeni Oneqin” kimi tamaşalarda səhnəyə çıxıb. 2001-ci ildə “Baltiyskiy Dom” Beynəlxalq teatr festivalının qranprisini qazanıb (Marat-markiz de Sad tamaşasına görə). 2001-ci ildə uzun illər çalışdığı Taqanka teatrından ayrılıb. Aktyorun beş övladı (bir qızı və dörd oğlu) var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A6%D1%83%D1%80%D0%BA%D0%B0%D0%BD,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80_%D0%98%D0%B2%D0%B0%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç