Svetlana Ustinova

Svetlana Ustinova

Aktrisa

BİOQRAFİYA

Svetlana Vladimirovna Ustinova 1 may 1982-ci ildə Arxangel vilayətinin Severodvinsk şəhərində anadan olub. Atası Vladimir anası Tatyana Ustinovadır. 28 saylı Severodvinsk şəhər məktəbində oxuyub. Yeddi sinif oxuduqdan sonra 14 saylı gimnaziyaya keçib, oranı 1999-cu ildə bitirib. Məktəb illərində bal rəqsləri ilə məşğul olub. Orta təhsili başa vurduqdan sonra Moskva İqtisadiyyat-Statistika Universitetinə daxil olub, ikinci kursda Maliyyə Akademiyasına keçib. Dördüncü kursdan sonra akademiyanı tərk edib və Rusiyanın Dövlət Kino-İncəsənət İnstitutuna (Qrammatikovanın emalatxanası) daxil olub. 2005-ci ildə rejissor Pyotr Buslovun “Bumer: İkinci film” filminə Daşa roluna təsdiq olunub. 2009-cu ildə ukraynalı rejissor Mark Qorobsaya ərə gedir. Ancaq nikahın ömrü uzun çəkməyib, tezliklə boşanıblar. 2017-ci ilin iyun ayında prodüser İlya Stüarta ərə gedib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın: https://ru.wikipedia.org/wiki/%D0%A3%D1%81%D1%82%D0%B8%D0%BD%D0%BE%D0%B2%D0%B0,_%D0%A1%D0%B2%D0%B5%D1%82%D0%BB%D0%B0%D0%BD%D0%B0_%D0%92%D0%BB%D0%B0%D0%B4%D0%B8%D0%BC%D0%B8%D1%80%D0%BE%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç