Səbinə Əhmədova

Səbinə Əhmədova

Aktrisa

BİOQRAFİYA

Səbinə Gülbala qızı Əhmədova – azərbaycan əsilli rusiyalı aktrisadır. 1981-ci ildə Bakıda anadan olub. Atası mühəndisdir, anası daşınmaz əmlak sahəsində çalışır. Dağlıq Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə Moskvaya köçüb. 1998-ci ildə Müasir İncəsənt İnstitutuna daxil olub. Səbinə Əhmədova özünü müxtəlif teatrların o cümlədən “Şalom”, “Müasir pyes məktəbi”, “Stas Namin adına Teatr”ın səhnəsində sınayıb. Sonuncuda Səbinə Əhmədova üç il keçirib, “Bernard Albanın Evi”, “Dörd hekayət”, “Metranpajın hekayəsi” kimi tamaşalarda müxtəlif rolları ifa edib. Bundan başqa “Saçlar” kimi popular müziklda iştirak edib. Səbinə Əhmədova Los-Ancelesdə iki il keçirib, orada Li Strasberq institutunda oxuyub. Onun iştirakı ilə “Klub” adlı çoxseriyalı gənclər serialının ekrana çıxmasından sonra ABŞ-a köçüb, çəkilişlərlə bağlı tez-tez Moskvaya qayıdıb. Səbinə Əhmədovanın kinodebütün 2001-ci ildə baş tutub. “Yeni il hədiyyəsi” filmində epizodik rol alıb. Onun karyerasında uğur yolunu rejissor İqor Zaysev açıb, “Diversant-2” serialında ona faciəvi taleyləri olan iki ayrı qadın roluna dəvə edib. Səbinə Əhmədova Hollivud ulduzu Mila Yovoviçlə ailəvi dostdur. Aktrisalıqla yanaşı gözəl səsi var, vokal üzrə təhsil alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/sabina_ahmedova/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç