Denis Nikiforov
Aktyor
Denis Yevgenyeviç Nikiforov - rusiyalı teatr və kino aktyorudur. 2 avqust 1977-ci ildə Moskvada anadan olub. 1995-ci ildən Tabakovun rəhbərliyi altında Moskva Teatr Studiyasının səhnəsində çıxış edir. 1998-ci ildə Moskva İncəsənət Teatrının studiya məktəbini bitirib və teatrın truppasına qəbul olunub. “Yerli vaxtla ulduzlu saat”, “Psix”, “Köhnə məhəllə”, “Bubmaraş ehtirasları”, “Daha bir Van Qoq..”, “Təhlükəli əlaqələr”, “Bolero”, “İdiot”, “8 ilk görüş” kimi tamaşa və filmlərdə rol alıb. Şöhrəti ona “Kölgə ilə savaş” idman trilogiyasında Artyom Kolçin rolu gətirib. 2012-ci ildə “Gecə qaranquşları” filmində kəşfiyyat komandiri Aleksandr Makeyev roluna çəkilib. 2013-cü ildən “Molodyojka” adlı populyar Rusiya serialına hokkey komandasının məşqçisi roluna çəkilir. “Dinamo Moskva” futbol klubunun azarkeşidir. Evlidir (həyat yoldaşının adı İrinadır). 2013-cü ildə əkizləri doğulub (Aleksandr və Veronika).
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9D%D0%B8%D0%BA%D0%B8%D1%84%D0%BE%D1%80%D0%BE%D0%B2,_%D0%94%D0%B5%D0%BD%D0%B8%D1%81_%D0%95%D0%B2%D0%B3%D0%B5%D0%BD%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87