Yekaterina Varnava

Yekaterina Varnava

Aktrisa

BİOQRAFİYA

Yekaterina Vladimirovna Varnava – rusiyalı aktrisa, yumorist, teleaparıcı və stendapçıdır. “Komedi Vuman” yumoristik şousunun iştirakçısı və xoreoqrafıdır. Daha əvvəl “Sbornaya Malıx Narodov” və “Svoi sekretı” ŞHK (şən və hazırcavablar klubu) komandalarında çıxış edib. 2012-ci ildə “NTV utrom” səhər proqramının aparıcısı olub. Həmçinin “Rossiya 1” telekanalında yayımlanan “Bitva xorov” verilişinə aparıcılıq edib. 2014-2017-ci illərdə “Kto sverxu?” (Ukraynanın “Novıy kanal” telekanalında) verilişinin aparıcısı olub. 21 aprel 2018-ci ildən etibarən TNT telekanalında “Pesni.Realiti” verilişini aparır. 2019-cu ildə adı  Ukrayna Mədəniyyət Nazirliyinin “milli təhlükəsizliyə təhdid yaradan şəxslər” adlı siyahısına daxil edilib. Varnava 9 dekabr 1984-cü ildə Moskvada anadan olub. Atası Vladimir Petroviç Varnava hərbçidir. Anası Qalina Stepanovn Varnava həkim-terapevtdir. Yekaterinanın iki özündən böyük qardaşı var. Hərbçi atasının ezamiyyəti ilə əlaqədar həyatının ilk yeddi ilini Almaniyanın Vünsdorf şəhərində keçirib. Rusiyanın Milli Tədidqat Texnologiya Universitetinin (MİSiS) humanitar fakültəsini bitirib, hüquqşünas ixtisasına yiyələnib. 2013-cü ilin bahar ayından Konstantin Myakinkovla görüşür. Solaxaydır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B0%D1%80%D0%BD%D0%B0%D0%B2%D0%B0,_%D0%95%D0%BA%D0%B0%D1%82%D0%B5%D1%80%D0%B8%D0%BD%D0%B0_%D0%92%D0%BB%D0%B0%D0%B4%D0%B8%D0%BC%D0%B8%D1%80%D0%BE%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç