Oksana Akinşina
Aktrisa
Oksana Akinşina 19 aprel 1987-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) avtoçilingər və mühasibin ailəsində anadan olub. Kinoya gəlişindən əvvəl model agentliyində çalışıb. Bir gün rəhbəri onu və digər modelləri rejissor Sergey Bodrovun (kiçik) çəkəcəyi filmin kastinqində iştirak etmələrini xahiş edib. Oksana həvəssiz gəlsə də, seçimlərdən keçərək Bodrovun “Bacılar” adlı kriminal dramında debüt edib. Həmin vaxt onun 13 yaşı var idi. Film 2013-cü ildə Soçidə “Debüt” festivalında iştirak edib, Oksana və Katya Qorina "Ən yaxşı aktyor dueti" nominasiyasında mükafat qazanıb. 2011-ci ildə “Vısotski. Sağ ol ki, varsan” filmində Vısotskinin rəfiqəsi rolunu oynayıb. 2012-ci ildə “8 ilk görüş” romantik komediyasında Ukraynanın indiki prezidenti (2019) Vladimir Zelenski ilə baş rola çəkilib. 2015-ci ildə isə onun sikvelində (“8 yeni görüş”) rol alıb. Şəxsi həyatına gəlincə, 15 yaşına qədər aktyor Aleksey Çadovla görüşüb. Daha sonra Sergey Şnurovla vətəndaş nikahında olub. 2008-ci ildə birinci əri Dmitri Litvinovla (“Planeta İnform” piar kompaniyasının baş direktoru) tanış olub. 2009-cu ildə onların Filipp adlı oğulları dünyaya gəlib. Daha sonra aktyor-müğənni Aleksey Vorobyovla görüşüb. 2011-ci ildə onlar yollarını ayırıb. 2012-ci ildə prodüser Arçil Gelovaniyə ərə gedib, cütlüyün iki övladı var. 2018-ci ildə cütlük boşanıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%BA%D0%B8%D0%BD%D1%8C%D1%88%D0%B8%D0%BD%D0%B0,_%D0%9E%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B0_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80%D0%BE%D0%B2%D0%BD%D0%B0