Ceyms Horner

Ceyms Horner

Bəstəkar

BİOQRAFİYA
Ceyms Horner 14 avqust 1953-cü ildə Los-Ancelesdə (Kaliforniya, ABŞ) yəhudi ailəsində anadan olub. Yaradıcılığa beş yaşında piano çalmaqla başlayıb. Daha sonra Londonda musiqi təhsili alıb. 1970-ci illərdə Cənubi Kaliforniya Universitetinin musiqi bölməsində təhsilini davam etdirir. C.Horner "Titanik"ə bəstələdiyi musiqilərlə daha çox tanınıb. "48 saat", "Cumanci", "Zolaqlı pijama geyinmiş oğlan", "Unudulmuş", "İdrak oyunları", "Payız əfsanələri", "Cəsur ürək", "Zorro maskası", "Troya", "Apokalipsis", "Avatar", "Yeni Hörümçək Adam", "Solaxay 2015" filmlərinə musiqi yazıb. Onun musiqisi daha çox elektron və xor elementləri, həmçinin kelt motivlərinin istifadəsi ilə fərqlənir. 22 iyun 2015-ci ildə şəxsi təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Ceyms_Horner
FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç