Espen Sandberq
Rejissor, prodüser
Espen Sandberq – norveçli rejissor və prodüserdir. 16 iyun 1971-ci ildə Sannyefordda anadan olub. 1994-cü ildə teatr institutunu bitirib. Karyerasının əvvəlində uşaqlıq dostu Yoakim Rönninqlə birlikdə televiziya üçün bir neçə reklam çarxı çəkməyə başlayıb. Çox keçmədən onunla birlikdə “Roenberg” şirkətini təsis edib. Vətənində bir sıra uğurlu rollardan sonra müxtəlif xarici məhsullar üçün reklamlar çəkməklə məşğul olub. 2006-cı ildə Rönninqlə birlikdə “Bandit qızkar” adlı kəskin süjetli komediyasını çəkir. Filmdə baş rolları Penelopa Kruz və Salma Hayek oynayıb. 2008-ci ildə Sandberq “Maks Manus: İlin adamı” filmini lentə alır. 2012-ci ildə Rönninqlə yenidən bir araya gələrək norveçin ən gəlirli “Kon-Tik” filmini ərsəyə gətirir. Film ən yaxşı xarici dilli film kimi “Oskar”a namizəd olur. Duet eyni zamanda “Qərib dənizinin quldurları” saqasının beşinci hissəsini (“Ölülər nağıl danışmır”) lentə alıb.
Ətraflı məlumat üçün aşağdaı linkə basın:
https://en.wikipedia.org/wiki/Espen_Sandberg