Suçitra Sen
Aktrisa
Suçitra Sen - hindistanlı kinoaktrisadır. Doğulan vaxt adı Roma Dasqupto olub. Benqal və hind filmlərində ikinci plan rollara çəkilib. Aktrisa 6 aprel 1931-ci ildə Sen Bhanqa Bari kəndində anadan olub. Ailənin beşinci övladıdır. Atası məktəb direktoru Karunamoya Dasquto, anası evdar xanım İndira Deva olub. Orta təhsilini Pabne şəhərində alıb. Hindistanın Britaniya müstəmləkəsindən azad olmasından sonra ailəsi Qərbi Benqalıstana düşüb, 1947-ci ildə Dinabatha Sena (fabrika sahibinin oğlu) ilə evlənib. İzdivacdan Munmun Sen adlı qızı olub (anası kimi aktrisa olub). Ərinin ölümündən sonra qayınatası onun aktrisalıq fəaliyyətini davam etdirməsinə dəstək olub. Suçitra Senin kinoda ilk cəhdi 1951-ci ildə “Atom bombası” (1954) adlı filmində kütləvi səhnənin çəkilişində epizodik rol olub. İlk dəfə baş rola 1952-ci ildə “Şeş Kotay” filmində çəkilib. Ancaq ekran əsərinin aqibəti uğursuz olub və böyük ekranlara çıxmayıb. Real ekran debütü növbəti il çıxan “Saat Number Kayedi” və “Sharey Chuattor” filmləri sayılır. 1963-cü ildə Moskva Beynəlxalq kinofestivalında gümüş mükafat qazanıb. Beləcə beynəlxalq kinomükafat qazanmış ilk hindistanlı aktrisa kimi tarixə düşüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B5%D0%BD,_%D0%A1%D1%83%D1%87%D0%B8%D1%82%D1%80%D0%B0