Aşok Kumar

Aşok Kumar

Aktyor, prodüser, rejissor

BİOQRAFİYA

Aşok Kumar Qanuli daha çox Aşok Kumar adlı ilə tanınan hindistanlı aktyor, rejissor və prodüserdir. 13 oktyabr 1911-ci ildə anadan olub, 10 dekabr 2001-ci ildə vəfat edib. Karyerası ərzində 250–dən çox hind filminə çəkilib. Padma Şrit və Padma Bxuşan dövlət mükafatlarına və Hindistanın ali “Dədəsaheb Phalka” adına kino mükafatı laureatı olub. Aktyor indiki Bihar ştatı – keçmiş Bhaqalpur əyalətində, zəngin benqallı biznesmenin ailəsində anadan olub. Uşaqlığı Khandver şəhərində keçib. Aşokun valideynləri Kuncilal və Qauri Devi Qanquli olub. Üç bacı-qardaşı var. Sati Devi, Anup Kumar və Kişor Kumar da onun kimi Hollivud aktyorları olub. Aşokun atası, babaları və əmiləri hüquqşünas olub, onunda da bu yolun davamçısı olacağı ümidi ilə Aşoku Kəlküttəyə təhsil almağa göndərirlər. O özü isə rejissor olmağı arzuladığından təhsili yarımçıq qoyur və 1934-cü ildə Bombeyə köçür. Aşok Kumar hindistanın ən məhsuldar aktyorlarından hesab olunur. 63 yaşında qədər 250-dən çox filmin çəkilişində iştirak edib. 1997-ci ildən etibarən səhhəti ilə əlaqədar kinematoqrafiyadan uzaqlaşıb. 20 aprel 1936-cı ildə valideynlərinin tapdığı Şöbhə adlı qızla evlənib. Həyat yoldaşı ondan 10 yaş kiçik olub. Cütlüyün dörd uşağı olub (qızları Bharti Ceffri, Rupa Varma (aktyor Devena Varmaya ərə gedib) və Priti Qanquli. Nəvələrindən biri məşhur aktrisa Anuradha Pateldir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D1%88%D0%BE%D0%BA_%D0%9A%D1%83%D0%BC%D0%B0%D1%80

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç