Pyotr Buslov

Pyotr Buslov

Rejissor, ssenarist

BİOQRAFİYA

Pyotr Viktoroviç Buslov 1 iyun 1976-cı ildə Rusiyanın Xabarovsk şəhərində anadan olub. Dövlət Kino İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib (K.Q.Şahnazarov və V.Y.Abdrəşidovun emalatxanası). İkinci kursda oxuyanda operator Daniil Qureviçlə birlikdə “Ağır iş” adlı filmi (kurs işi) çəkib. 2003-cü ildə lentlə aldığı “Bumer” kriminal dramı ona təkcə Rusiyada yox, beynəlxalq miqyasda şöhrət qazandırıb. Filmdə yanacaq doldurma məntəqəsində epizodik rola da çəkilib. Həmin ekran əsəri ona “Nika” mükafatına (ən yaxşı rejissor işi) nominasiya qazandırıb. “Bumer” “Alovun ruhu” beynəlxalq kinofestivalında ən yaxşı film seçilib. Rejissor “Odisseya 1989” filmində baş rola çəkilib. Bundan başqa “Məni Cinn adlandır” adlı gənc komediyasında rol alıb. 2011-ci ildə Buslovun “Vısotskiy. Sağol ki, sağsan” adlı filmi ekranlara yol tapıb. 2015-ci ildə “Ana vətən” adlı filmi çıxıb. 2018-ci ildən “Ev dustaqlığı” (Домашний арест) teleserialının rejissorudur.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D1%83%D1%81%D0%BB%D0%BE%D0%B2,_%D0%9F%D1%91%D1%82%D1%80_%D0%92%D0%B8%D0%BA%D1%82%D0%BE%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87  

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç