Sergey Çliyans

Sergey Çliyans

Prodüser, rejissor, ssenarist

BİOQRAFİYA

Sergey Çliyans - rusiyalı kinorejissor, ssenarist və prodüserdir. Erməni əsillidir. 8 dekabr 1961-ci ildə Odessada anadan olub. Odessa Mühəndislik və İnşaat İnstitutunu bitirib. Əmək fəaliyyətinə Odessa kinostudiyasında başlayıb. Kastinq üzrə rejissorun assitenti vəzifəsində çalışıb. 1992-ci ildə rejissor və prodüser qismində ilk filmini ərsəyə gətirib. Bu Sergey Dövlətovun həbs həyatından bəhs edən “Birbaşa” filmi olub. 2001-ci ildə “Piqmalion Prodakşn” kinoşirkətinin baş prodüseri olub. 2008-ci ildən “Nyu Sinema Studiya” kinostudiyasının təsisçisidir. Studiya “Warner Bros” kinoşirkətinin törəmə şirkəti sayılır. 2009-cu ildə “Dünyavi Rusiya Studiyaları” kinoşirkətinə dəvət olunub. 1996-cı ildən Rusiya Kinoprodüserlər Gildiyasının üzvüdür.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A7%D0%BB%D0%B8%D1%8F%D0%BD%D1%86,_%D0%A1%D0%B5%D1%80%D0%B3%D0%B5%D0%B9_%D0%AD%D0%B4%D0%B3%D0%B0%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç