Sergey Şnurov

Sergey Şnurov

Bəstəkar, aktyor

BİOQRAFİYA

Sergey Vladimiroviç Şnurov - rusiyalı rok-musiqiçi, bəstəkar, kinoaktyor, teleaparıcı, ictimai xadimdir “Leninqrad” və “Rubl” qruplarının lideridir. 13 aprel 1973-cü ildə Leninqradda (indiki Sankt-Peterburq) anadan olub. 564 saylı ümumtəhsil məktəbində oxuyub, daha sonra Leninqrad mühəndis-inşaat institutuna daxil olub, onu bitirmədən Restavrasiya liseyina sənədlərini verib. Məzun olduqdan sonra dördüncü dərəcəli ağac materiallardan olan əsərlərin restavratoru ixtisasını əldə edib. Liseyi bitirdikdən sonra Teologiya İnstitutunun fəlsəfə fakültəsinə daxil olub, orada üç il təhsil alıb. Gəncliyində çoxsaylı peşələrdə özünü sınayıb, yük maşını sürücüsü, uşaq bağçasında qarovulçu, şüşəçi, dəmirçi, dülgər, reklam agentliyinin dizayneri, videoklip çəkilişində assistent, “Modern” radiostansiyasında promouşn direktor vəzifələrində çalışıb. 1991-ci ildən peşəkar musiqi karyerasına qədəm qoyub. Ümumilikdə səkkizinci sinifdə oxuyandan bəri rok-musiqi ilə məşğul olub. Rusiyanın ilk hardkor rep layihəsi olan “Alkorepitsa” layihəsi ilə başlayıb. Daha sonra “Uxo Van Qoqa” adlı elektron musiqi kollektivinə qoşulub. Dörd dəfə evli olub: Birinci həyat yoldaşı  Mariya İsmagilova olub. Onunla olan nikahdan 1993-cü il təvəllüdlü Serafima adlı qızı var. İkinci həyat yoldaşı “Pep-Si” qrupunun keçmiş direktoru Svetlana Kostitsina olub. Bu nikahdan Apollon adlı oğlu var. Üçüncü dəfə isə Yelena Mozqovaya ilə ailə qurub. 2010-cu ildə bağlanmış nikahın ömrü səkkiz il sürüb. 25 may 2018-ci ildə Olqa Abramova ilə izdivaca daxil olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%BD%D1%83%D1%80%D0%BE%D0%B2,_%D0%A1%D0%B5%D1%80%D0%B3%D0%B5%D0%B9_%D0%92%D0%BB%D0%B0%D0%B4%D0%B8%D0%BC%D0%B8%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç