Maksim Konovalov

Maksim Konovalov

Aktyor

BİOQRAFİYA

Maksim Veniyeviç Konovalov – rusiyalı teatr və kino aktyorudur. 5 iyun 1974-cü ildə Moskvada anadan olub. Atası Veniy İvanoviç Konovalovdur. Uşaqlıq çağlarında Volqoqrad vilayətinin Frolovo şəhərində xeyli vaxt keçirib, (ana) nənəsinin yanında qalıb. Hal-hazırda da ailəvi yay məzuniyyətini tez-tez həmin şəhərdə keçirir. “Xorovod” (1994), “Necədə gözəl oyundur” (1995), “Rusca sevir” (1995), “Günahkar sevgi həvariləri” (1995), “Kiçik əcinə” (1995), “Qasid göndərəkmi?” (1998) filmlərində epizodik rollara çəkilib. 2003-cü ildə rejissor Pyotr Buslovun lentə aldığı “Bumer” kriminal dramında Lyoxa rolu ilə məşhurlaşıb. Bundan başqa “Qaynar xəbərlər” (2009) filmində Kley rolu ilə tanınır. İki dəfə evli olub. İkinci həyat yoldaşı Svetlana Trubançuk, pedaqoqdur, iqtisadi və musiqi təhsili var. Onlar 2009-cu ildə ailə qurublar, nikaha qədər bir il birgə yaşayıblar. Evləndikdən sonra sonuncu həm də aktyorun şəxsi köməkçisi və PR direktoru olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0465273/bio?ref_=nm_ov_bio_sm

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç