Vladimir Vdoviçenkov
Aktyor
Vladimir Vladimiroviç Vdoviçenkov 13 avqust 1971-ci ildə Kalininqrad vilayətinin Qusev şəhərində anadan olub. Orta məktəbi bitirənə qədər orada yaşayıb. Uşaqlığında boksla məşğul olub. 1989-cu ildə dənizçilik məktəbini bitirib və dörd il Şimal və Baltika donanmalarında xidmət göstərib. Erkən yaşlarından kinoya maraq göstərib, kumiri Jan Klodd Vandamm olub. Bu səbəbdən dənizçilik məktəbindən məzun olduqdan sonra sənədləri Dövlət Kino İncəsənət məktəbinə verməyə qərar verib. Abituryent hazırlığı zamanı ofisiant işləyib, sonradan klub-restoranda administrator vəzifəsinə qədər yüksəlib. 1997-ci ildə Kino məktəbinə daxil olmağa nail olub (Taratorkinin emalatxanası). Ali təhsili 2001-ci ildə başa vurub. Tələbə olduğu illərdə musiqi klipləri və reklam çarxlarına çəkilir. Dördüncü kursda oxuyanda rejissor Aleksey Sidorov Vladimiri “Briqada” teleserialında baş rollardan birinə aparır. Fil rolu Vladimirə bütün Rusiyada şöhrət qazandırır. Bir müddət sonra çəkildiyi “Bumer” filmində oynadığı Kostya rolu onun şöhrət ulduzunu daha da parlatmış olur. İnstitutu bitirdikdən sonra Mossovet adına Teatrın truppasına qəbul olunub. 2002-ci ildən etibarən Rusiyanın Dövlət Akademik Teatrında (E.Vaxtanqov adına) çalışır. 17 noyabr 2010-cu ildə silahlı hücuma məruz qalıb və ağır yaralanıb. İnsident yolda baş verən mübahisə zəminində baş verib. Belə ki, Vdoviçenkov digər sürücünün yumruğu ilə vurub, qarşı tərəf buna cavab olaraq travmatik silahdan ona atəş açmışdı. 2012-ci ildə Rusiyanın əməkdar artisti adını qazanıb.
Ətraflı məlumat üçünü aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B4%D0%BE%D0%B2%D0%B8%D1%87%D0%B5%D0%BD%D0%BA%D0%BE%D0%B2,_%D0%92%D0%BB%D0%B0%D0%B4%D0%B8%D0%BC%D0%B8%D1%80_%D0%92%D0%BB%D0%B0%D0%B4%D0%B8%D0%BC%D0%B8%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87