Enn Bidermen

Enn Bidermen

Ssenarist

BİOQRAFİYA

Enn Biderman – amerikalı kino və televiziya ssenaristidir. 15 avqust 1951-ci ildə ABŞ-da anadan olub. NBC/TNT–nin son dərəcə uğurlu “Sautlend” serialının yaradıcısı və icraçı prodüseri olub. “Nyu-York polisi” epizoduna yazdığı ssenariyə görə “Emmi” mükafatına layiq görülüb. Bidermanın uşaqlığı Florida ştatında keçib, The Stockbridge School internat məktəbində oxuyub. Məktəb illərindən incəsənətə maraq göstərib. Enn bacısı ilə gəncliyinin çox hissəsini yazıçıların, rəssamların və musiqiçilərin əhatəsində keçirib. Şair Allen Qinzberq ailənin yaxın dostu olub. Bacısı 1960-cı illərin sonlarından “Jefferson Airplane” rok qrupu ilə əməkdaşlıq edib. Biderman “Smilla və onun qar hissi” romanını böyük ekranlar üçün adaptasiya etməsi ilə məşhurlaşıb. ”Sautlend” adlı polis dram serialını ərsəyə gətirib. Serial Los-Ancelesin patrul polisi və xəfiyyələrinin başına gələn hadisələrdən, aparılan maraqlı cinayət işlərindən bəhs edir. Serialın pilot epizodu ilə yanaşı “Mozambik”, “Qadını başa düşməyə çalışmayın”, “Naməlum gəzinti”  və “Yoldan çıxmış” epizodllarının ssenari müəllifi olub. Hazırda həm icraçı prodüser həm də ssenarist kimi fəaliyyət göstərir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B8%D0%B4%D0%B5%D1%80%D0%BC%D0%B0%D0%BD,_%D0%AD%D0%BD%D0%BD

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç