Metyü Çepmen - britaniyalı rejissor, ssenarist və prodüserdir. İngiltərənin Kembric şəhərində anadan olub. 80-ci illərdə Amerikaya köçüb. İlk əvvəl Los-Ancelesdə yaşayıb, son on beş ili Nyu-Yorkda yaşayır. Kinokaryerası ilə yanaşı jurnalistika ilə də məşğuldur, həmçinin bir sıra kitabların müəllifidir. Kinoda daha çox "Ehtirasın qiyməti" (2011), "Satın alınmış qərar" (Runaway Jury, 2003), "Nadir güllər" (Reaching Moon), "Qarşılıqlı razılaşma" (Consenting Adult, 1992) filmləri üzərində gördüyü işə görə tanınır. IMDB məlumat bazasına görə, karyerası ərzində 14 filmin ssenari müəllifi olub. 5 filmə rejissorluq edib.
ƏTraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0152466/