Maks Teqmark 5 May 1967-ci ildə anadan olub. İsveç mənşəlli amerikalı kosmoloq. Teqmark, Massaçusets Texnologiya İnstitutunda professor və Foundational Questions Institute-da alim olaraq işləyir. Karin Teqmark və Harold S. Şapironun oğlu olaraq İsveçdə dünyaya gəlib. Stokholmda yerləşən Kraliyyət Texniki Universitetinə qəbul olub və doktoranturasını Berkli Kaliforniya Universitetində alıb. Pensilvaniya Universitetində bir müddət işlədikdən sonra hələ də təhsil üzvü olduğu Massaçusets Texnologiya İnstitutuna gəlib. İşlərində kosmologiyaya fokuslanan Teqmark, 200-dən çox məqalə dərc etdirib və bunların 9-u 500 dəfədən artıq istinad edilib. İnformasiya nəzəriyyəsi çərçivəsində məlumat təhlil vasitələri inkişaf etdirmiş və bunu COBE, QMAP və WMAP kimi kosmik mikrodalğa arxa plan şüalanması təcrübələrində istifadə edib. Teqmark həmçinin "riyazi olaraq var olan hər şey fiziki olaraq da vardır" əsası ilə ortaya atdığı "hər şeyin yekun nəzəriyyəsi"ni də formalaşdırıb. Bu sadə nəzəriyyəyə görə öz fərqindəlik bazasını saxlayacaq qədər mürəkkəb olan strukturlarda, bu öz fərqindəlik strukturları özlərini subyektiv olaraq "real" fiziki dünyada varlarmış kimi qəbul edərlər. Bu fikir "riyazi kainat fərziyyəsi" olaraq adlandırılıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Maks_Teqmark