Mitio Kaku

Mitio Kaku

Alim

BİOQRAFİYA

Mitio Kaku (yap. 加來 道雄 ) yapon əsilli amerikalı nəzəriyyəçi-fizikdir, daha çox elmi-populyar kitabların müəllifi kimi tanınır. 24 yanvar 1947-ci ildə San-Xosedə (ABŞ, Kaliforniya) yapon mühacirlərin ailəsində dünyaya göz açıb. Babası 1906-cı ildə San-Fransiskoya zəlzələ fəsadlarının aradan qaldırılması ilə bağlı əməliyyatda iştirak etmək üçün gəlib. Atası onun kimi Kaliforniyada anadan olsa da, təhsilini Yaponiyada alıb və ingilis dilində pis danışıb. Anası ilə atası İkinci dünya müharibəsində yaponiyalıların “Tul-Leyk” düşərgəsində tanış olub. Mitio Kaku Kibberli orta məktəbində oxuyub. Məktəb illərində Vilson kamerası və 2,3 milyon elektronvolt zərrəcik sürətləndiricisini qurub. Albukerkedə elmi yarmarkada konstruksiyalarını təqdim edən zaman nüfuzlu fizik Edvard Tellerin diqqətini cəlb edib. Teller onun Herz fondunun xətti ilə təqaüd almasına köməklik edib. Kaku sonradan Harvard Universitetinə qəbul olunub. 1968-ci ildə Harvardan bakalavr dərəcəsi əldə edib. 1972-ci ildə fəlsəfə doktoru adını qazanıb. 1973-cü ildə Prinston universitetinə dəvət olunub. Vyetnam müharibəsi zamanı orduya çağırılıb. Fort Benninq (Corciya ştatı) hərbi hissəsində hərbi hazırlıq keçib, ardınca piyada qüvvələrinin təkmilləşmiş təlimində (Vaşinqton) iştirak edib. Ancaq müharibə başa çatdığından hərbi əməliyyatlarda iştirak etmək ona nəsib olmayıb. 1980-ci illərdən Nyu-Yorkun Siti kollecində dərs deyir. Evlidir iki qızı var. Nyu-Yorkda yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B0%D0%BA%D1%83,_%D0%9C%D0%B8%D1%82%D0%B8%D0%BE

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç