Şon Kerroll

Şon Kerroll

Aktyor, alim

BİOQRAFİYA

Şon Maykl Kerroll - amerikalı kosmoloq, qara materiya və ümumi nisbilik nəzəriyyəsi üzrə ixtisaslaşmış alimdir. 1966-cı ildə ABŞ-ın Filadelfiya ştatında anadan olub. “Morqan Frimanla kainatın sirləri” adlı populyar sənədli serialda iştirak edib. Uzun mövsümlü seriya Discovery Science telekanalında yayımlanıb. 2011-ci ildə TED–də çıxış edib. Üç populyar-elmi kitabın müəllifidir: Zamanın xüsusiyyətlərindən bəhs edən “From Eternity to Here”, Hiqqs bozonu haqda “The Particle at The End of the Universe” və “The Big Picture”.  Kerroll doktorluq dərəcəsini astronomiya və astrofizika üzrə Harvard Universitetində əldə edib (1993-cü ildə). 2006-cı ilə kimi Massaçusets Texnologiya İnstitutu və Kaliforniya Universitetində (Santa-Barbara) tədqiqatçı işləyib. Sonradan Çikaqo universitetindən professor köməkçisi olub. Son zamanlar Kaliforniyanın Texnologiya İnstitutunda işləyir. 2013-cü ildə onun “The Particle at the End of the Universe”  adlı kitabı Kral Cəmiyyətinin “Uinton” mükafatı ilə təltif olunub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%8D%D1%80%D1%80%D0%BE%D0%BB%D0%BB,_%D0%A8%D0%BE%D0%BD_(%D0%BA%D0%BE%D1%81%D0%BC%D0%BE%D0%BB%D0%BE%D0%B3)

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç