Asumi Miva - yaponiyalı aktrisadır. 12 mart 1982-ci ildə Yaponiyanın Yokohama şəhrində anadan olub. Aktrisa Hitomi Mivanın kiçik bacısıdır. Başqa bir bacısı da var. Aktrisalığa ibtidai məktəbdə oxuduğu illərdən maraq göstərir. Bir müddət televiziya şoularında arxa fon aktyoru (extra) qismində çıxış edib. Aktyorlu məktəbində dram sənəti kurslarında iştirak edib. Daha sonra Urban Renaissance Agency-də işə düzəlib. Aktrisalı debütünü 1998-ci ildə "Hideaki Annonun Sevgisi" adlı filmdə baş rola çəkilməklə gerçəkləşdirib. Filmdəki performansı ona 20-ci Yokohama Kino Festivalında 1999-cu ildə ən yaxşı yeni istedad mükafatını qazandırıb. Şəxsi həyatına gəlincə 2003-cü ildə 42 yaşlı videoqraf və restoran sahibi ilə ailə qurub. 2003 və 2007-ci il təvəllüdlü qızları və 2008-ci ildə doğulmuş oğlu var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Asumi_Miwa