Jan-Jak Anno

Jan-Jak Anno

Rejissor, ssenarist

BİOQRAFİYA

Jan-Jak Anno 1 oktyabr 1943-cü ildə Fransada anadan olub. Vojirar məktəbində və Sorbonnada ədəbiyyat üzrə təhsil alıb. Daha sonra Ali kino təhsili institutuna daxil olub. 1964-cü ildə təhsilini bitirib. 1965-ci ildə isə Kamerun da hərbi qulluğa yollanıb. Sonralar televiziya reklamı və fransız ordusu üçün təlim xarakterli filmlər çəkməyə başlayır. Debüt filmi olan "Qara və ağ rənglər" Fransada uğur qazanmır, lakin 1977-ci ildə "Ən yaxşı xarici film" kimi "Oskar" mükafatına layiq görülür. Onun ikinci filmi olan "Başla zərbə" (1979) filmi də “Sezar” mükafatı qazanıb. Umberto Ekonun romanı əsasında çəkilmiş “Rozanın adı” filmində məşhur Hollivud aktyorları Şon Konneri və Kristian Sleyter çəkilib. Film ingilis dilində yayıma buraxılıb və "Ən yaxşı xarici film" kimi “Sezar” mükafatı alıb. Evlidir, iki qızı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Jean-Jacques_Annaud

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç