Alek Mapa

Alek Mapa

Aktyor

BİOQRAFİYA

Alexandro “Alek” Mapa – amerikalı aktyor və komikdir. Filippin əsillidir. 10 iyul 1965-ci ildə ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olub. 1987-ci ildən bəri 80-dən çox kino və televiziyada rolu olub. “Kozbi şou”, Melrouz Pleyz”, “Gənc İndiana Consun salnamələri”, “Rozanna”, “Qanun və Qayda”, “Saynfeld”, “Nyu-York Polisi”, “Dostlar”, “Darma və Qreq”, “Casus qadın”, “Düşkün evdar qadınlar”, “Rəqəmlər” , “Jonas L.A.”, “Təhlükəli Henri”, “Doğum evində səhv düşənlər”, “Böyük şəhərin gur işıqları”, “Yalnız qadınların şousu”, “Marli və Mən”, “Öz Vadisinə düşmək”, “Şarpeyin əla macərası” və digər film və seriallarda müxtəlif rolları oynayıb. Şöhrəti ona “Ən yaxşı dostlarımdan” adlı qısaömürlü sitkomda Vern Limozo rolu gətirib. Bundan başqa “İkinci yarı” serialında Adam Benet, “Səfeh qız” (2007-2010) serialında Sudzuki Sen-Pyer rolu ilə tanınır. Açıq homoseksualdır. LGBT hərəkatının fəalıdır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0544568/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç