Kemeron Qudman

Kemeron Qudman

Aktrisa

BİOQRAFİYA

Kemeron Elizabet Qudman – amerikalı aktrisadır. 24 avqust 1984-cü ildə ABŞ-ın Texas ştatının Hyüston şəhərində anadan olub. Nyu-Yorkda Sirakus Universitetinə daxil olsa da, sonradan Vaşinqtonun Corctaun Universitetinə köçüb.  Kinokaryerasına 2002-ci ildə qədəm qoyub: Sirakuz Universitetində birinci kurs tələbəsi olduğu vaxt “Su Live” komediya şousunda çıxış edib. Daha sonra ABC telekanalında “Sons & Daughters”, “CSI: NY”, “NCIS”, “The Suite Life of Zack & Cody” kimi filmlərdə qonaq rollar oynayıb. Daha çox “Şatl” (Shuttle, 2008), “Ölülərin öldürülməsi” (Dead Undead, 2010), “Anarxiyanın övladları” (SOA, 2008), “İnformatorlar” (The İnformers, 2008) film və serialları üzərində gördüyü işə görə tanınır. IMDB məlumat bazasına görə, karyerası ərzində 58 film və serialın çəkilişi və səsləndirilməsində iştirak edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm2110814/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç