Ostin Robert Batler

Ostin Robert Batler

Aktyor

BİOQRAFİYA

Ostin Robert Batler – amerikalı aktyor, müğənni və modeldir. Daha çox “Zoui 101”, “Doğum evində səhv düşmüşlər”, “Gözlənilməz həyat”, “Kerrinin gündəliyi” filmlərində oynadığı rolları ilə tanınır. Həmçinin “Şannaranın salnamələri” serialında Uill Omsford rolu ilə yadda qalıb. Batler bundan başqa “Şarpeyin əla macərası” televiziya filmində Peyton Leverett və “Çardağa düşmüş yadplanetlilər” filmində Ceyk Pirson roluna çəkilib. Batler 17 avqust 1991-ci ildə Kaliforniya ştatının Anaheym şəhərində anadan olub. Anası baş mühasib Lori Enn atası Devid Batler olub. Böyük bacısı 1986-cı il təvəllüdlü Eşli, filmlərdə kütləvi səhnələrin çəkilişində iştirak edir. Batlerin 13 yaşı olanda Orinc dairəsinin yarmarkasında istedadlı gənclərin axtarışını həyata keçirən şirkətin əməkdaşı onu epizodik səhnəyə çəkilməyə dəvət edib. Bu Batlerin çox xoşuna gəlib, tezliklə öz istedadını inkişaf etdirmək üçün aktyorluq kurslarına baş çəkməyə başlayıb.

Ətraflı məlumat  üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B0%D1%82%D0%BB%D0%B5%D1%80,_%D0%9E%D1%81%D1%82%D0%B8%D0%BD

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç