Reyko Eylsvort

Reyko Eylsvort

Aktrisa

BİOQRAFİYA

Reyko Eylsvort 9 dekabr 1972-ci ildə ABŞ-ın Çikaqo şəhərində (İllinoys ştatı, ABŞ) anadan olub. Doğma şəhərində boya-başa çatıb. Vaşinqton universitetini bitirib. Məzun olduqdan dərhal sonra yerli teatr səhnəsinə çıxıb. 1993-cü ildə “Yaşamaq üçün bir həyat” sabun operasında rol alıb. Sonradan müxtəlif kino və televiziya layihələrində iştirak edərək, epizodik rollar oynamağa başlayıb. Daha çox “24 saat” teleserialında Mişel Dessler rolu ilə məşhurlaşıb. 2002-2006-cı illərdə həmin serialın daimi aktyor heyətində yer alıb. 2003 və 2005-ci illərdə aktyor heyətinin tərkibində ABŞ kinoaktyorları gildiyası mükafatına namizəd olub. Bundan başqa “Təcili tibbi yardım”, “Sağ Qalmaq”, “Çarpışma”, “Ulduz darvazası: Kainat” və “Havayi 5.0” seriallarına çəkilib.

 Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AD%D0%B9%D0%BB%D1%81%D0%B2%D0%BE%D1%80%D1%82,_%D0%A0%D0%B5%D0%B9%D0%BA%D0%BE

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç