Nikolay Koster-Valdau 27 iyul 1970-ci ildə Danimarkada anadan olub. 1989-cu ildən 1993-cü ilədək Kopenhagendə Milli Teatr Məktəbində aktyorluq peşəsi üzrə təhsil alıb. O "Miss Qrenlandiya" gözəllik müsabiqəsinin qalibi olan aktrisa Nukaka Motsefeldtlə ailə qurub. Cütlüyün Safina və Fiilippa adlı iki qız övladı var. Nikolayın teatr debütü Betti Nansenin teatrında “Hamlet” faciəsində Laret obrazı olur. Kino debütü isə Danimarka istehsalı olan “Gecə növbəsi” filmində idi (1994). Bu rolu ölkəsində ona populyarlıq qazandırır və bundan sonra Avropa və dünyada tanınmağa başlayır. Amerika televiziyasında debütü 2008-ci ildə “Yeni Amsterdam” filmində olur, 2009-cu ildə “Virtuallıq” tammetrajlı filmində ulduz gəmisinin kapitanı rolunu canlandırır. 2001-ci ildə “Qara şahinin süqutu” filmində Ridli Skottun dəvətilə çavuş rolunu oynayır. Elə həmin il Keyt Uinslet və Duqrey Skottun iştirakı ilə “Eniqma” filmində çəkilir. Nikolay həmçinin “Cənnət krallığı”, “Uimbldon” və “Odlu ox” kimi məşhur filmlərdə çəkilib. 2009-cu ildə “Taxt-tac oyunları” televiziya layihəsində Nikolaya əsas rollardan biri təklif olunur. Koster-Valdau Danimarkada təkcə aktyor kimi yox, eyni zamanda ssenarist və prodüser kimi də məşhurdur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Nikolaj_Coster-Walda...