Riçard Harvi

Riçard Harvi

Bəstəkar

BİOQRAFİYA

Riçard Allen Harvi (Richard Harvey) britaniyalı bəstəkardır. 25 sentyabr 1953–cü ildə Böyük Britaniyada, İngiltərədə, Londonda anadan olub. Gələcək bəstəkar kiçik yaşlarından musiqiyə maraq göstərib. 1972-ci ildə Riçard Londondakı Kral musiqi kollecini bitirib. Daha sonra London Filarmoniyasının orkestrində iştirak etmək imkanı yaranır. Lakin o "Musica Reservata" kollektivini seçir. Brayan Qullandla tanış olan Harvi "Gryphon" qrupunu yaradırlar.  Bəstəkarın kinomotoqrafda debütü 1981–ci ildə “Ledi Çatterleyin məşuqu” filmində olub. 1999-2000-ci illərdə Riçard “Pərilər ölkəsi” və “Ərəb sərgüzəştləri” filmləri üzərində çalışıb. Hər ikisində Harvi musiqi bəstələyib. 2003-2005 illərdə bəstəkarın musiqiləri “Lüter” (2003), "Sağ qalmaq naminə seks" (2005) filmlərində səslənib. Harvi “Koldits qəsrindən qaçış” serialının iki epizoduna musiqi bəstələyib. 2007 - 2015–ci illər ərzində Riçardın karyerası bir neçə maraqlı filmlərlə yadda qalıb. Onlardan “İki dünya” (2007) və “balaca şahzadə” (2015) filmlərini qeyd etmək olar.

 
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://kino-teatr.ua/person/harvey-richard-123.phtml

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç