Alan Beyts
Aktyor
Ser Alan Artur Büeyts 17 fevral 1934-cü ildə anadan olub. 1956–cı ildə 22 yaşlı Beyts West End teatr səhnəsində “Qəzəblə arxaya dön” tamaşasında Kliff rolunda debüt edib. Həmin rolla tanınan Alan televiziyada və Brodveydə çıxış edib. 50-ci illərin sonunda bir sıra britaniya televiziya tamaşalarında çıxış edib. 1960-cı ildə məşhur aktyor Lorens Olivye ilə birlikdə ilk dəfə “Komediant” filmində çəkilib. Ardınca “Küləkdə fit çal” (1961), “Məhəbbət belədir” (1962), "Yunan Zorba” (1964), "Qəlblərin padşahı” (1966), “Corcinin sevgilisi” (1966), “Ağılsız kütlədən uzaqda” (1967), filmlərində və Bernard Malamudanın “Vasitəçi” (1968) filmində çəkilir. Sonuncu filmdə ən yaxşı aktyor nominasiyasında “Oskar” mükafatına namizəd olur. 1969-cu ildə “Aşiq qadınlar” filmində çəkilir. 70-80-cı illərdə Beyts kino və televiziyada fəaliyyətini davam edir. “Subay qadın” (1978), “Nijinski” (1980), “Qızıl gül” (1979) filmlərində rol alır. Beyts 1996-cı ildə Britaniya İmperiyası ordeninin komandoru olub, 2003-cü ildə cəngavər ordeninə layiq görülüb. 1994-cü ildən Dram sənəti üzrə Kral Akademiyasının həqiqi üzvü və Kovent-Qardendə aktyor sənəti Mərkəzinin mesenatı olub. — 27 dekabr 2003, London)
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D0%B9%D1%82%D1%81,_%D0%90%D0%BB%D0%B0%D0%BD