Mili Avital
Aktrisa, rejissor, prodüser, montajçı
Mili Avital 30 mart 1972-ci ildə anadan olub. İsrailli aktrisa, 1992-ci ildə İsrailin “Oskar” mükafatının laureatıdır. Mili Avital ölkəsində 18 yaşında “Okeandan keçərək” filmindəki roluna görə İsrailin “Oskar” mükafatını qazandıqdan sonra məşhurlaşıb. Aktyorluq dərslərini almaq üçün Nyu-Yorka köçür. 1994-cü ildə Roland Emmerihin “Ulduz darvaları” elmi-fantastik kinofilmində baş rolda çəkilir. 90-cı illərin ortalarında Avital bir neçə Amerika filmində rol alır. Conni Depplə “Ölü”, Devid Şvimmerlə “Yalançı öpüş” filmində çəkilir. Daha sonra aktrisa Devid Şvimmerlə eşq macərası yaşayıb. Televiziyada “Hərbi girov” İsrail serialında baş rolda çəkilir. Ardınca “Vətən” adlı Amerika versiyası çəkilir. Amerika televiziyasında 2009-2010-cu illərdə “Toqquşma” serialında və 2012-ci ildə “Park avenyu 666” seriallarında ikinci dərəcəli rolları ifa edib.
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%B2%D0%B8%D1%82%D0%B0%D0%BB,_%D0%9C%D0%B8%D0%BB%D0%B8