Brayan De Palma
Rejissor, ssenarist, prodüser, montaçı, aktyor, operator
Brayan De Palma 11 sentyabr 1940-cı ildə Nyuarkda (Nyu-Cersi ştatı, ABŞ) anadan olub. Brayan De Palma Friend’s Central School məktəbini bitirib. Kolumbiya universitetinin fizika fakütəsinə daxil olub. Tələbə ikən ilk qısametrajlı filmlərini çəkməyə başlayıb. “Toy mərasimi”, “Salamlaşma”, “Salam Anacan” filmlərinin rejissoru olub. Filmdə Robert De Niro çəkilib. 1976-cı ildə Brayan De Palma Stiven Kinqin “Kerri” romanını ekranlaşdırır, film uğur qazanır. 1983-cü ildə Oliver Stounun ssenarisi əsasında Hovard Houksun “Çapıqlı sima” filminin remeykini çəkir. Film narkotacir Toni Montana haqqında bəhs edir. Film “Qızıl qlobus” mükafatına üç dəfə namizəd olub.
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B5_%D0%9F%D0%B0%D0%BB%D1%8C%D0%BC%D0%B0,_%D0%91%D1%80%D0%B0%D0%B9%D0%B0%D0%BD