Daq Allen
Operator
Daq Allen - müstəqil vəhşi təbiət sənədli film operatoru və fotoqrafıdır. Həm sualtı, həm də yerüstü çəkilişlər aparır. RED Weapon 4K, Sony PMW 200 peşəkar kameraları ilə çəkilişlər aparır. Kadrları isə Canon aparatı ilə çəkməyə üstünlük verir. 1951-ci ildə Şotlandiyada anadan olub. 1973-cü ildə Störling universitetini dəniz fauna və florası ixtisası üzrə fərqlənmə ilə bitirib. Dərəcəni aldıqdan sonra elmi nəzəriyyələrin onluq olmadığını başa düşür və daha çox praktiki bilgilər almaqda, dünya görüşünü artırmaqda maraqlı olur. Öz sahəsinə əyani olaraq öyrənmək üçün dalğıclığı öyrənir və bu sahədə çalışır. Şotlandiya çaylarında mirvari axtarışına başlayır. Almaniyada peşəkar dalğıc kimi fəaliyyət göstərən zaman sualtı operatorluğa start verib. Kembric universitetinin Qırmızı dənizə təyin etdiyi iki bioloji dəniz ekspedisiyasına texniki vasitəçilik edir. 1975-ci ildə Normand adalarında Bouley Bay Underwater Centre sualtı mərkəzini işlətməyə başlayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://dougallan.com/